Saşa Yunisoğlu “Neftçi”də
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” komandası növbəti transferini reallaşdırıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” yığmamızın sabiq müdafiəçisi Saşa Yunisoğlu ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçu “Neftçi”də 3 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Yunisoğlunun son klubu “Qəbələ” olub.

Xəbər 1154 dəfə oxundu.