SSKA “Baskoniya”dan daha bir oyunçunu transfer etmək istəyir
SSKA basketbol klubu Argentina millisinin oyun qurucusu Luka Vildosanı heyətinə cəlb etmək istəyir.

Rusiya təmsilçisi “Baskoniya” ilə danışıqlara başlayacaq. 2017-ci ildən son İspaniya çempionunun heyətində çıxış edən Vildosa bu mövsüm Avroliqada 7,1 xal və 3,2 məhsuldar ötürmə ilə yadda qalıb. O bu mövsüm İspaniya çempionatında da 7,4 xal və 2,9 məhsuldar ötürmə ilə diqqət çəkib.

Xatırladaq ki, SSKA son 10 ildə ilk dəfə İspaniya çempionu olan “Baskoniya”dan Tornike Şengeliyanı da transfer edib. Gürcüstanlı basketbolçu ilə üçillik müqavilə imzalanıb.

Xəbər 607 dəfə oxundu.