“World Online Open” turnirində Eltac Səfərlini ilk üçlükdən yarım xal ayırır
Azərbaycan şahmatçılarının da iştirak etdikləri blits üzrə “World Online Open” turnirində Eltac Səfərli uğurlu çıxışını davam etdirir.

Onlayn turnirdə 6 turun nəticəsinə görə 4,5 xal toplayan təmsilçimiz bu nəticə ilə 4-17-ci yerləri bölüşür. O, bu göstərici ilə turnirin liderindən cəmi 0,5 xal geri qalır.

E.Səfərli bu gün yarışda daha 3 turda mübarizə aparacaq. Turnirdə 140 şahmatçı mübarizə aparır ki, onlardan da 60-ı qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 563 dəfə oxundu.