“Mayami” klubunun daha bir oyunçusu koronavirusa yoluxub
“Mayami” basketbol klubunun daha bir oyunçusu koronavirusa yoluxub. Bu artıq son bir həftədə üçüncü belə yoluxma halıdır.

Ötən həftənin əvvəlində komandanın üzvləri koronavirus testindən keçərkən kollektivin 2 üzvündə yoluxucu infeksiya aşkarlanmışdı. Elə bunun məntiqi nəticəsi kimi klub rəhbərliyi ikinci dəfə məşq bazasını bağlamışdı. Amma “Mayami” koronavirusa yoluxan 2 oyunçusunun adını ictimaiyyətə açıqlamamışdı. Elə indi də koronavirusa yoluxan oyunçunun kimliyi haqda heç bir məlumat verilmir. Amerika mətbuatının məlumatına görə, bu oyunçular sağaldıqdan sonra meydana çıxa biləcəklər. Amma onların komanda ilə birgə Orlandoda məşqlərə tez bir zamanda başlayacağı inandırıcı görünmür.

Xəbər 623 dəfə oxundu.