Popoviç “Bruklin” klubunun baş məşqçisi ola bilər
MBA-da mövsümün bərpasına hazırlıq getdiyi məqamda, “Bruklin” basketbol həvəskarlarını həyacanlandırmaq qərarına gəlib.

Klub rəhbərliyi “San Antonio”nun baş məşqçisi Qreqq Popoviçə təklif göndərmək qərarına gəlib. Deyilənə görə, təklif o qədər cəlbedicidir ki, 71 yaşlı mütəxəssisin ondan imtina edəcəyi inandırıcı görünmür.

Popoviç 1996-cı ildən “San Antonio”nun baş məşqçisidir. Onun başçılığı altında Texas klubu 5 dəfə MBA çempionu olub. Qreq isə 3 dəfə liqanın ən yaxşı məşqçisi seçilib. Məhz Popoviçin “San Antonio”ya gəlişi sayəsində bu klub MBA-da dominantlıq edən komandaya çevrilib. Tim Dankan, Manu Jinobili və Toni Parker kimi əfsanəvi basketbolçular Popoviçin dəstəyi sayəsində liqa tarixinin sayılıb-seçilən oyunçularına çevriliblər. Amma onların karyerasını bitirməsindən sonra “San Antonio” çempionluq uğrunda mübarizədən kənarda qalıb.

Xəbər 682 dəfə oxundu.