“Qarabağ” yenlə Qızılcahamamda məskunlaşacaq
“Qarabağ” Türkiyəyə yollanır. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, növbəti mövsümün hazırlıqlarına başlayan Ağdam təmsilçisi sabah qardaş ölkəyə təlim-məşq toplanışına gedəcək. Saat 10:30-da Bakı – Ankara reysi ilə hərəkət edəcək komandamız hazırlığın ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsindəki “Patalya” otelində məskunlaşacaq.

Ağdamlıların Türkiyə paytaxtında hazırlığı 2 həftə davam edəcək. İyulun 14-ü Bakıya qayıdacaq komanda ayın 17-də təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. Yenə də qardaş ölkəyə yollanacaq “Qarabağ” bu dəfə Boluda məskunlaşacaq. Qurban Qurbanovun yetirmələri 2-ci təlim-məşq toplanışını iyulun 29-a kimi davam etdirib, Bakıya qayıdacaq.

Xəbər 1050 dəfə oxundu.