“Real Madrid” səfərdə “Atletik Bilbao”nu məğlub edib
İyulun 4-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.

Lider “Real Madrid” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub.

“San Mames Barria” stadionunda keçirilən görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub.

Bu qələbə sayəsində “Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici “Barselona”dan 7 xal irəli keçib. “Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Barselona” axşam saat 00:00-da səfərdə “Villyareal” klubunun qonağı olacaq.

Xəbər 610 dəfə oxundu.