“UNI-Virtuosi”nin pilotu Kallum Aylott Formula 2-nin yeni mövsümünə qələbə ilə başlayıb
İyulun 4-də Formula 2 yarışlarının yeni mövsümünə start verilib.

Avstriyada təşkil olunan mövsümün birinci yarışında "UNI-Virtuosi" komandasının pilotu Kallum Aylott bütün rəqiblərini qabaqlayaraq birinci olub. "ART Grand Prix" komandasının üzvü Markus Armstronq ikinci, "Prema Racing"dən isə Robert Şvartsman üçüncü pillədə qərarlaşıb.

İyulun 5-də Avstriyada yarışın ikinci mərhələsi təşkil olunacaq.

Xəbər 601 dəfə oxundu.