“Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub
Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.

“Mançester Yunayted” öz meydanında “Bormunt” klubunu qəbul edib. Görüş Mançester təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted”in heyətində Mason Qrinvud (2), Markus Reşford, Antoni Marsiyal, Bruno Fernandeş, “Bormunt”ın isə Junior Stanislav və Çoşua Kinq fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran “qırmızı şeytan”lar turnir cədvəlində üçüncü yerə yüksəliblər. “Bormunt” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.

AZƏRTAC

Xəbər 606 dəfə oxundu.