Cokiça Hacıyevski üstünlüyü “Bakı”ya verib
“MOİK-i “Bakı” ilə çox çətin oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu makedoniyalı mütəxəssis Cokiça Hacıyevski Bolqarıstan mətbuatına deyib.

“Bakı” və Sofiya MOİK-nin sabiq baş məşqçisi bu klubların Avropa Liqasında mümkün görüşü ilə bağlı fikirlərini açıqlayıb. Belə ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bakı” Sloveniya “Mura”sını keçəcəyi halda, Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Hacıyevski bildirib ki, Azərbaycan klubu mərhələ adlamaqda çətinlik çəkməyərək, daha güclü rəqiblər mübarizədə də şanslıdır:

“Mən hər 2 klubun ənənələrini çox yaxşı bilirəm. Burada təcrübə baxımından MOİK-in böyük üstünlüyü var. Ancaq “Bakı” son illərdə gördüyü işlərə, qoyduğu investisiyalara görə inkişafdadır. Bu komandanın MOİK-lə hər 2 oyunda maksimum bərabər səviyyədə oynamaq potensialı var. Mümkün qalibi qiymətləndirmək riskli sayılır. Aydın məsələdir ki, MOİK favorit hesab olunur, ancaq bu yalnız kağız üzərindir”.

Qeyd edək ki, Hacıyevski MOİK-i 1993-cü, “Bakı”nı isə 2007-2009-da çalışdıraraq, onlarla Azərbaycan çempionu olub.

Xəbər 998 dəfə oxundu.