"Keşlə" klubu qapıçısı ilə müqaviləni yeniləyib
Bakının "Keşlə" futbol klubu qapıçısı Stanislav Namaşko ilə müqaviləni yeniləyib.

34 yaşlı moldovalı qolkiperlə birillik müqavilə imzalanıb. Klub təcrübəli qapıçının Azərbaycana qayıtdığını da açıqlayıb.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Rəşad Əzizli, İlkin Qırtımov, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddətini artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyevi isə transfer edib.

Xəbər 616 dəfə oxundu.