Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq olunacaq | |
FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq etməyi planlaşdırır. Ali futbol qurumunun texnologiya direktoru Yohannes Holsmüller meydanın kənarlarına xüsusi robot cihazların qurlaşdırılacağını deyib. Bildirib ki, bununla oyunçunun ofsaydda olub-olmaması müəyyənləşəcək. Yeni texnologiya ilə mübahisəli ofsayd epizodlarında VAR-a müraciət edilib əlavə vaxt itkisinə ehtiyac qalmayacaq. Qeyd edək ki, Qətərdə keçiriləcək mundial ilk dəfə qışda - 21 noyabr - 18 dekabrda təşkil olunacaq. |
|
Xəbər 608 dəfə oxundu. |
|
|