Formula 1 pilotlarında koronavirus aşkarlanmayıb
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 rəhbərliyinin yarışların başlaması ərəfəsində keçirdiyi koronavirus testlərinin nəticələrini açıqlayıb.

Pilotların heç birində yoluxma aşkar edilməyib. Test iyunun 26-dan iyulun 2-dək keçirilib. Bu müddət ərzində pilotlar və komandaların texniki heyətləri də daxil olmaqla 4 min 32 nəfər testdən keçirilib. Testlərin heç biri müsbət nəticə verməyib.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək.

Xəbər 585 dəfə oxundu.