Novak Cokoviçin “US Open” və “Rolan Qarros” turnirlərində iştirakı proqnozlaşdırılır
Tennis üzrə “Böyük dəbilqə” seriyalı turnirlərin yeddiqat qalibi Con Makinroy mövsümün bərpasından sonra iddialı tennisçilərin “US Open” və “Rolan Qarros”dakı şanslarını təhlil edib.

Onun fikrincə, hazırda koronavirusdan əziyyət çəkən Novak Cokoviç xəstəliyə qalib gələrək ABŞ açıq tennis turnirində çıxış etmək üçün Nyu-Yorka gələcək. Bu turnirdə iştirak etdikdən sonra Cokoviçin Fransada keçiriləcək “Rolan Qarros” turnirində iştirakı heç bir problemə çevrilməyəcək. Amma bu sözləri Rafael Nadala aid etmək olmaz. Makinroyun sözlərinə görə, Nadal iki turnirdən birini qurban verəcək. O bu mənada ispaniyalı tenniscçinin ABŞ-a yollanmayacağını proqnozlaşdırıb.

Xəbər 636 dəfə oxundu.