Azərbaycanın iki şahmatçısı “World Online Open” turnirində iştirak edir
İyulun 4-də Azərbaycan şahmatçılarının da iştirak etdikləri “World Online Open” turniri start götürüb.

Onlayn turnirdə ölkəmizi Eltac Səfərli və Vüqar Rəsulov təmsil edirlər. Yarışda 140 şahmatçı mübarizə aparır. Onlardan da 60-ı qrossmeysterdir.

Xəbər 612 dəfə oxundu.