Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib
İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Womens Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçirilib.

Yarımfinal görüşlərində rusiyalı şahmatçı Valentina Qunina həmyerlisi Yekaterina Laqnonu 6,5:4,5, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşariehı (İran) 8:7 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

Xəbər 576 dəfə oxundu.