Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
Şahmat üzrə 16 yaşadək idmançılar arasında Azərbaycan və Türkiyə komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.

Sürətli şahmat üzrə keçirilən turnirdə Azərbaycan komandası 126:80 hesabı ilə qalib gəlib.

Komandamızın heyətində Xəzər Babazadə, Elmar Atakişiyev, Vüqar Manafov, Şiroğlan Talıbov və Mələk İsmayıl çıxış ediblər.

Xəbər 809 dəfə oxundu.