Bakılı qrossmeyster: ”Teymurun həqiqətən real şansları var”
“Teymur Rəcəbov iddiaçıların turnirində norveçli Maqnus Karlsenə əsas rəqib olacaq”. İdman.com.az saytının məlumatına görə, bunu Peşəkar Şahmatçıların Assosiasiyasının prezidenti Emil Sutovski deyib.

O, Rusiyanın məşhur chess-news.ru portalına müsahibəsində azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iddiaçıların turnirində şanslarını dəyərləndirib. Bakıda doğulan, lakin İsraildə yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən zəka sahibi təmsilçimizin uğurlu çıxışına böyük ümid bəsləyir:

“Onu demək istərdim ki, Rəcəbovun son 1 ildə necə oynadığını nəzərə alsaq, bu turnirdə sona kimi mübarizə aparmağa bütün şansı var. Hər halda, Karlsen favoritdir. Digərlərindən isə Teymurun həqiqətən real şansları var”.

Qeyd edək ki, şahmat tacı uğrunda iddiaçıların turniri 2013-cü ilin martında Londonda keçiriləcək.

Xəbər 1163 dəfə oxundu.