Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib
İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib.

24 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. O, gələn həftədən yeni komandası ilə məşqlərə başlayacaq.

Almaniya mətbuatı bu transfer üçün Münhen klubunun İngiltərə təmsilçisinə bonuslarla birgə ümumilikdə 60 milyon avro ödəyəcəyini yazıb. L.Sanenin yeni klubundakı illik gəliri isə 17 milyon avroya yaxın olacaq.

Qeyd edək ki, almaniyalı futbolçu 2016-cı ildən çıxış etdiyi “Mançester Siti”də 135 matçda 39 qol vurub və 45 məhsuldar ötürmə edib.


Xəbər 592 dəfə oxundu.