“Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb
Bakının “Sabah” futbol klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.

Xəbər 583 dəfə oxundu.