“Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında ikinci finalçının adı müəyyənləşib.

İyulun 2-də keçirilən matçda hollandiyalı Aniş Giri rusiyalı Yan Nepomnyaşini tay-brekdə 3,5:2,5 hesabla məğlub edib. Üç matçın nəticəsinə görə 2:1 hesabla irəliyə çıxan hollandiyalı şahmatçı finala vəsiqə qazanıb.

Qeyd edək ki, M.Karlsen çinli Liren Dinq üzərində qələbə qazanaraq finalda çıxış etmək hüququna sahib olub.

“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xəbər 566 dəfə oxundu.