Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK), İNTERPOL və BMT-nin Narkotiklər və Cinayətkarlar İdarəsi (UNODC) birgə əməkdaşlıq barədə razılığa gəliblər.

Tərəflər razılıq barədə sənəd imzalayıblar. Sənədin imzalanması bütün dünyanı böhran vəziyyətinə salan COVID-19-la birgə mübarizə cəhdlərini birləşdirmək, pandemiyanın idmana mənfi təsirini azaltmaq və idmanda neqativ hallara qarşı mübarizə məqsədi daşıyır.

Sənəddə bildirilir ki, mövcud vəziyyətlə əlaqədar olaraq idman yarışlarının təxirə salınması bu sahədə problemlərin olmadığını deməyə əsas vermir. Postpandemiya dövründə, yəni yarışlara yenidən start veriləcəyi təqdirdə diqqətli olmaq tələb olunur. Narkomaniya və cinayətkarlığa, eləcə də idmanda korrupsiya hallarına qarşı mübarizə işinə xüsusi diqqət yetirilməlidir.

AZƏRTAC

Xəbər 553 dəfə oxundu.