MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir
MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir.

Kanadalı hokkey şərhçisi Erik Engels mətbuata açıqlamasında vəziyyətin ürəkaçan olmadığını deyib. O, liqanın aparıcı oyunçuları ilə söhbətəşdiyini və onların meydana çıxmağa hazır olmadığını bildirib. Engelsin sözlərinə görə, münasibətdə olduğu hokkeyçilərin 75 faizi mövsümün bərpa edilməsinin əleyhinədir.

Kanadalı şərhçi ümumiyyətlə liqa rəhbərliyinin konkret addım ata bilməməsinə görə də narahatlıq yarandığını bildirib. Bunun özü də hokkeyçilərin ürəyincə deyil. Onlar elə düşünür ki, MHL rəhbərliyi bərpa ilə bağlı tərəddüd edirsə, deməli ABŞ və Kanadada vəziyyət çox acınacaqlıdır. Yəni onlar meydana çıxacağı halda virusa yoluxacaqlarından qorxurlar.

Hokkeyçilər uzun fasilədən sonra oynayacaqları halda zədə riskinin artacağından da narahatdırlar.

Xəbər 545 dəfə oxundu.