Serxio Ramos ən çox sarı vərəqə alan futbolçudur
“GiveMeSport” portalı 2000-ci ildən indiyədək ən çox sarı vərəqə alan futbolçuların siyahısını tərtib edib.

Siyahıya karyerasında 259 sarı vərəqə alan İspaniyanın “Real Madrid” futbol klubunun kapitanı Serxio Ramos başçılıq edib. İkinci yerdə 228 sarı vərəqə ilə meksikalı keçmiş futbolçu Xerrardo Torrado, üçüncü yerdə isə 210 sarı vərəqə ilə “San Paulu”nun müdafiəçisi Dani Alves (210) qərarlaşıb.

Qeyd edək ki, siyahının 10-cu pilləsində Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Əmrə Belözoğlu yer alıb.

AZƏRTAC

Xəbər 561 dəfə oxundu.