Azərbaycan çempionu karyerasını Portuqaliya klubunda davam etdirəcək
Bakının “İnter” klubundakı çıxışı ilə tanınan Danildo Assioli özünə yeni komanda tapıb. İdman.com.az saytının məlumatına görə, 4 mövsüm “bankirlər”in şərəfini qoruyan 31 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək. O, bu ölkənin “Santa Klara” komandasına keçib. 2006/07 və 2007/08 mövsümlərində də bu klubda çıxış edən Assioli “İnter”ə də məhz bu komandadan gəlmişdi. 4 ildən sonra “Santa Klara”ya qayıdan braziliyalı II liqada oynayacaq.

Qeyd edək ki, Assioli “İnter”də Azərbaycan çempionatının bütün mükafatlarını qazanıb. O, 2009/10 mövsümündə çempion, 2008/09 mövsümündə gümüş, 2011/12 mövsümündə bürünc mükafatçı olub.

Xəbər 881 dəfə oxundu.