“Moselle Open” tennis turniri təxirə salınıb
Fransanın Mets şəhərində keçirilməsi nəzərdə tutulan “Moselle Open” tennis turniri təxirə salınıb.

Təqvimə görə, turnir sentyabrın 20-27-də keçirilməli idi. Lakin həmin vaxt “Rolan Qarros” turnirinin təsnifat mərhələsi təşkil olunacaq. Bu səbəbdən turnir 2021-ci ildə keçiriləcək.

Turnirin hazırkı qalibi fransalı Jo-Vilfrid Tsonqadır.

Qeyd edək ki, Metsdə dekabrın 4-5-də nümayiş xarakterli tennis turnirinin təşkil olunması nəzərdə tutulub.

Xəbər 609 dəfə oxundu.