“Qarabağ” klubu sabiq futbolçusu ilə müqavilə imzalayıb
Ağdamın “Qarabağ” futbol klubu yeni transferini açıqlayıb.

Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qaytarıb.

“Qarabağ” 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Ötən yay “Neftçi”yə keçən futbolçu bir müddət əvvəl “ağ-qaralar”ın sıralarını tərk edib.

Xəbər 565 dəfə oxundu.