Sosial məsafə qaydasının pozulması səbəbindən final matçı 14 dəqiqəlik dayandırılıb
Futbol üzrə Danimarka kuboku yarışlarının final matçı 14 dəqiqəlik dayandırılıb.

“Olborq” və “Sönneryüsk” oyununun baş hakimi azarkeşlərin sosial məsafə qaydasını pozması səbəbindən matçı 30-cu dəqiqədə saxlayıb.

Neytral meydanda keçirilən oyun üçün sosial məsafə gözlənmək ilə 725 bilet satılıb. “Olborq”un azarkeşləri koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyiblər. Bəzi tərəfdarlar stadiondan çıxarıldıqdan sonra oyun davam edib.

Qeyd edək ki, 2:0 hesablı qələbə qazanan “Sönneryüsk” kuboka sahib çıxıb. Bu, klubun qazandığı ilk kubok olub.

AZƏRTAC

Xəbər 556 dəfə oxundu.