Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib
Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib.

Çin Futbol Assosiasiyası mövsümün iyulun 25-də başlayacağını açıqlayıb.

Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar.

Xəbər 590 dəfə oxundu.