“24 saat Le-Man” avtoyürüşündə tamaşaçıların iştirakına icazə veriləcək
“24 saat Le-Man” avtoyürüşü tamaşaçıların iştirakı ilə keçiriləcək.

Bu barədə 88-ci dəfə təşkil olunacaq yürüşün təşkilatçıları açıqlama veriblər.

Koronavirus pandemiyasına görə sentyabrın 19-20-nə təxirə salınan yarışın keçirildiyi avtodromun ərazisi tamaşaçılar üçün açıq olacaq. İyunun 20-dək bilet alanlar yürüşü izləyə biləcəklər.
Qeyd edək ki, hazırda yarışa bilet satışı dayandırılıb.


Xəbər 591 dəfə oxundu.