FIFA-nın sabiq katibi 10 il müddətinə futboldan kənarlaşdırılıb
FIFA-nın keçmiş maliyyə direktoru və katibi Markus Kattner 10 il müddətinə futboldan kənarlaşdırılıb.

M.Kattner sabiq FIFA prezidenti Yozef Blatter və digər rəhbər şəxslərin hesabına maaş və bonus adı ilə milyonlarca dollar köçürüb. Vəzifəsindən sui-istifadə etdiyinə görə 10 il müddətinə cəzalandırılan almaniyalı futbol funksioneri, 30 gün içində ödəmək şərti ilə 1 milyon İsveçrə frankı da cərimələnib.

Qeyd edək ki, M.Kattner Y.Blatterin prezident olduğu 13 il boyunca FIFA-da müxtəlif vəzifələrdə çalışıb.

Xəbər 588 dəfə oxundu.