“Keşlə” Sezar Meza Kollini yenidən icarəyə götürmək istəyir
Avropa Liqasında mübarizə aparacaq Bakının “Keşlə” futbol klubu Sezar Meza Kollini heyətdə saxlamaq üçün danışıqları davam etdirir.

Bakı təmsilçisi son mövsümdə komandada çıxış edən paraqvaylını yenidən icarəyə götürməkdə maraqlıdır.

“Keşlə” 2019/2020-ci il mövsümündə olduğu kimi, Sezara yalnız maaş vermək, onun xidmətində maraqlı olmayan klubunu - Rumıniya “Universitatya Krayova”sını isə pulsuz razı salmağa çalışır. Bu təkliflə çıxış edən bakılılar hələ ki, qarşı tərəfdən müsbət cavab almayıblar.

Qeyd edək ki, AFFA-nın Sezar Meza Kollini milliləşdirməsi də gündəmdədir.


Xəbər 585 dəfə oxundu.