“Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırıb
Bakının “Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Müqaviləsi başa çatan Rəşad Eyubovun sözləşməsi yenilənməyib.

İyirmi yeddi yaşlı yarımmüdafiəçi 2019-cu ildən komandanın uğurları üçün çalışıb. O, bu müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.

Qeyd edək ki, “Sabah” daha əvvəl Cavid İmamverdiyev, Vadim Abdullayev, Kərim Diniyev və Məqsəd İsayevlə vidalaşıb. Bakı təmsilçisi Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Slavik Alxasov və Nicat Mehbalıyevin keçidini rəsmiləşdirib.

Xəbər 539 dəfə oxundu.