“Azərreyl” klubu daha bir oyunçusu ilə müqaviləni yeniləyib
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti oyunçusu ilə müqaviləni yeniləyib.

Çağırış kuboku yarışlarında mübarizə aparacaq təmsilçimiz bu dəfə yetirməsi - Tovuz Ələkbərova ilə anlaşıb. Libero ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Bakı klubu sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.


Xəbər 587 dəfə oxundu.