Novak Cokoviç ikinci dəfə testdən keçməkdən imtina edib
Koronavirusa yoluxduqdan sonra müalicə olunan Novak Cokoviçin hazırda sağlamlıq durumu haqda heç bir məlumat yoxdur. Buna serbiyalı tennisçinin təkrar testdən keçməkdən imtina etməsi səbəb olub.

N.Cokoviç koronavirus aşkarlanandan sonra o, 5 gündən sonra yenidən testdən keçəcəyinə söz vermişdi. Amma həyat yoldaşı ilə birgə özünü cəmiyyətdən təcrid edən tennisçi bu addımı atmaqdan imtina edib.

Serbiya mətbuatına görə, N.Cokoviç səhhətində problemlər yaşadığına görə təkrar testdən keçməkdən imtina edib. O, tam sağaldıqdan sonra tibbi baxışdan keçməyi planlaşdırır.


Xəbər 577 dəfə oxundu.