Rusiyalı hokkeyçi Aleksandr Oveçkin 9-cu dəfə “Moris Rişar Trofi” mükafatına layiq görülüb
Rusiyalı hokkeyçi Aleksandr Oveçkin Milli Hokkey Liqasının (MHL) müntəzəm çempionatının nəticələrinə əsasən “Moris Rişar Trofi” mükafatına layiq görülüb.

Bu mükafat mövsümün ən çox qol vuran oyunçusuna təqdim edilir. Belə ki, müntəzəm çempionat yarımçıq dayandırılanadək “Vaşinqton Kapitalz”ın oyunçusu A.Oveçkin və “Boston Bryuins”in hücumçusu David Pasternak 48 qol vurublar.

Rusiyalı xokkeyçi karyerasında 9-cu dəfə bu mükafata yiyələnib.
Qeyd edək ki, A.Oveçkin 2017/2018-ci il mövsümündə “Vaşinqton Kapitalz”la Stenli kubokunun qalibi olub. O, həmçinin Rusiya millisi ilə 3 dəfə dünya çempionu adını qazanıb.


Xəbər 556 dəfə oxundu.