Futbol üzrə Afrika Millətlər Kuboku yarışları təxirə salınıb
2021-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə Afrika Millətlər Kuboku yarışları bir il sonraya təxirə salınıb.

Bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Yarış 2022-ci ilin yanvarında Kamerunda keçiriləcək.
Afrika Millətlər Kuboku yarışları gələn il yanvarın 9-dan fevralın 6-dək baş tutmalı idi.

Turnir daha əvvəl 2021-ci ilin iyuluna təyin edilmişdi.


Xəbər 590 dəfə oxundu.