“Keşlə” klubu “Sabah”ın yarımmüdafiəçisini transfer edib
Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klub “Sabah”dan ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb.

C.İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi” və “Sumqayıt”da çıxış edib. Yarımmüdafiəçi Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub.

Futbolçu Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

AZƏRTAC

Xəbər 566 dəfə oxundu.