“Zirə” klubu baş məşqçisi Zaur Həşimov ilə yollarını ayırıb
Bakının “Zirə” futbol klubu baş məşqçisi Zaur Həşimov ilə yollarını ayırıb.

Klub rəhbərliyi və baş məşqçi Z.Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

Klubun rəhbərliyi Z.Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 549 dəfə oxundu.