“Mənim polisim” adlı sosial aksiya keçirilib
İyunun 30-da Bakıda “Mənim polisim” adlı sosial aksiya keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsindən (BŞGİBİ) Azsport.az saytına bildiriblər ki, layihə 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunub. “Mənim polisim” adlı sosial aksiya çərçivəsində Formula 1 Qran-Prisinin, IV İslam Həmrəyliyi Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, BŞGİBİ-nin, paytaxtın gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyi və dəstək ifadə edib, onlara təşəkkürünü bildiriblər.

Aksiya hüquq-mühafizə orqanlarında çalışan polis əməkdaşlarına gecə və gündüz ictimai asayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların sağlamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqazidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə təşəkkür xarakteri daşıyıb.

Xəbər 526 dəfə oxundu.