Aleksandr Oveçkin MHL tarixinin ən dəyərli 8 nömrəli oyunçusu seçilib
Adını Milli Hokkey Liqasının (MHL) tarixinə yazdıran neçə-neçə rusiyalı hokkeyçi var. Amma onların arasında Aleksandr Oveçkin xüsusi çəkiyə malikdir. “Vaşinqton Kapitalz” tarixinin ən yaxşı oyunçusu bu günlərdə xüsusi mükafata layiq görülüb.

A.Oveçkin MHL tarixinin ən dəyərli 8 nömrəli oyunçusu seçilib. Liqanın rəsmi saytında 17 jurnalist arasında keçirilən sorğuda rusiyalı hokkeyçi 53 xal toplayaraq bu mükafata sahib olub. Belə ki, səsvermədə iştirak edən jurnalistlərdən 16-sı “Vaşinqton Kapitalz”ın liderini birinci pilləyə layiq görüb. Yalnız bir nəfər onu ikinci yerdə qərarlaşdırıb. Yekun səsvermədə ikinci yeri “Anahaym” klubunun əfsanəsi Teemu Selyanne tutub. Finlandiya millisinin sabiq üzvü 30 xal toplayıb. “Vankuver” və “Boston”un sabiq hücumçusu Kem Nili 13 xalla 3-cü olub.

Qeyd edək ki, A.Oveçkin 2017/2018-ci il mövsümündə “Vaşinqton Kapitalz”la Stenli kubokunun qalibi olub. O, həmçinin Rusiya millisi ilə 3 dəfə dünya çempionu adını qazanıb.

Xəbər 569 dəfə oxundu.