Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaqlar
Gələn il keçiriləcək kişilər və qadınlar arasında voleybol üzrə Avropa çempionatlarının koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan seçmə oyunlarının tarixi müəyyənləşib.

Avropa Voleybol Konfederasiyası (CEV) seçmə mərhələnin turnirləri üçün ilkin vaxtları açıqlayıb. Əvvəlcədən bu ilin avqust və sentyabr aylarına planlaşdırılan qarşılaşmalar 2021-ci ildə keçiriləcək. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa final mərhələsinə qatılacaq.

Kişi voleybolçularımız isə seçmə mərhələdə mübarizə aparacaqlar. Yığmamız F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan seçmələri ilə üz-üzə gələcək. Bu qrupda I dövrənin ilk qarşılaşmaları yanvarın 7-10-da Gürcüstanda təşkil olunacaq. Bir həftə sonra – ayın 14-17-də komandalar mübarizəni Monteneqroda davam etdirəcəklər.

Qeyd edək ki, seçmə mərhələ əvvəlki illərdə ev-səfər prinsipi ilə keçirilirdi.

Xəbər 631 dəfə oxundu.