Çingiz Qasım oğlu Şamilov
Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Çingiz Şamilov dünyasını dəyişib.

Çingiz Qasım oğlu Şamilov "Burevestnik” cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb.

Əmək fəaliyyətinə idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssis olub və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışıb.

Çingiz Şamilovun əziz xatirəsi onun tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

Xəbər 696 dəfə oxundu.