Azərbaycan millisinin sabiq üzvü karyerasını İsraildə davam etdirəcək
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dalibor Şukiç karyerasını İsraildə davam etdirəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin şərəfini qoruyan D.Şukiç “Hapoel Haşaron” klubu ilə anlaşıb. Həndbolçu yeni komandası ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan millisi “Bakı-2017”də beşinci olmuşdu.

Xəbər 690 dəfə oxundu.