“Barselona” Miralem Pyaniçin transferini reallaşdırıb
İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.

Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

AZƏRTAC

Xəbər 535 dəfə oxundu.