“Azərreyl” klubu daha bir oyunçusu ilə müqaviləni yeniləyib
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb.

Toppaylayıcı Valeriya Kondratyeva növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Bakı klubu daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Klub slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova, və Anastasiya Bessonova ilə isə birillik müqavilə imzalayıb.

Xəbər 563 dəfə oxundu.