“Qəbələ”nin futbolçusu “Neftçi”dən təklif alıb
“Qəbələ”nin futbolçusu Qismət Alıyev “Neftçi”dən təklif alıb. Bu barədə müdafiəçinin özü məlumat verib.

Bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “Neftçi” ilə danışıqlar olub, amma hazırda hansısa razılıq mərhələsinə gəlməmişik. “Qəbələ” mənə çox doğmadır. On bir ildir burada çıxış edirəm. Rəhbərliklə danışıb, hər şeyi götür-qoy edib qərar verəcəyəm. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək”.


Xəbər 544 dəfə oxundu.