Qazaxıstanın “Kaysar” klubunda 25 nəfər koronavirusa yoluxub
Qazaxıstanın “Kaysar” klubunda 25 nəfər koronavirusa yoluxub.

Komandanın baş məşqçisi Stoyço Mladenov virusa yoluxanlardan 10-nun futbolçu olduğunu deyib. Mütəxəssis özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.

Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. “Kaysar” klubu “Taraz” komandası ilə qarşılaşmalıdır.


Xəbər 531 dəfə oxundu.