“Sabah” müdafiəçisi ilə müqaviləni yeniləməyib
Bakının “Sabah” futbol klubu müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, M.İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandanın heyətində 42 oyun keçirib və 1 qol vurub.

Xəbər 553 dəfə oxundu.