“Keşlə” daha 5 futbolçusu ilə yollarını ayırıb
Bakının “Keşlə” klubu daha 5 futbolçusu ilə yollarını ayırıb.

Bakı təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb. “Keşlə” paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, “Keşlə” daha əvvəl Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasov ilə vidalaşıb. Klub Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqaviləni yeniləyib.


Xəbər 569 dəfə oxundu.